www.science.az
06.02.2018 14:11

“Kür-Araz ovalığında təbii-dağıdıcı hadisələrin məskunlaşmaya təsiri” adlı kitab işıq üzü görüb

AMEA-nın Coğrafiya İnstitutunun elmi işçisi, c.ü.f.d. Sima Əliyevanın müəllifi olduğu “Kür-Araz ovalığında təbii-dağıdıcı hadisələrin məskunlaşmaya təsiri” adlı kitab çapdan çıxıb.

Professor Neron Babaxanovun redaktorluğu ilə işıq üzü görən nəşrdə Kür-Araz ovalığında baş verən təbii-dağıdıcı hadisələrin yayılma arealları və intensivliyi, onların baş vermə səbəbləri, təkrarlanması və dağıdıcı gücü, dəyən ziyanların azaldılması, qabaqlayıcı və mühafizə-müdafiə tədbirlərinin görülməsi haqqında məlumat verilir.

Vəsait iqtisadi coğrafiya ixtisası üzrə təhsil alan tələbələr və müəllim heyəti, bu sahədə tədqiqat aparan alim və mütəxəssislər, o cümlədən geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.