Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Coğrafiya İnstitutunun Elmi Əsərlərinin XX cildi çapdan çıxıb
06.02.2018 10:41
  • A-
  • A
  • A+

Coğrafiya İnstitutunun Elmi Əsərlərinin XX cildi çapdan çıxıb

AMEA-nın Coğrafiya İnstitutunun və Azərbaycan Coğrafiya Cəmiyyətinin Elmi Əsərlərinin XX cildi çapdan çıxıb.

İnstitutun direktoru, akademik Ramiz Məmmədovun baş redaktorluğu ilə nəşr olunan kitab görkəmli coğrafiyaşünas alim, akademik Həsən Əliyevin anadan olmasının 110 illiyinə həsr olunmuş konfransın materillarından ibarətdir.

“İnsan və Ətraf mühit münasibətləri” başlığı ilə çap olunan vəsaitdə Lənkəran-Astara iqtisadi rayonunun ekoloji vəziyyəti, torpaqlardan daha səmərəli istifadə edilməsi, təsərrüfatın inkişafı istiqamətində həyata keçirilən tədbirlərin elmi əsaslarının təhlili aparılıb, iqtisadi rayonun davamlı inkişafının perspektiv yolları müzakirə edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: