www.science.az
06.02.2018 11:53

AHİ ilə Rusiya Elmlər Akademiyasının Həmkarlar İttifaqı arasında əməkdaşlıq müqaviləsi imzalanıb

Fevralın 2-də Moskva şəhərində Rusiya Elmlər Akademiyasının (REA) Həmkarlar İttifaqı ilə AMEA-nın Azad Həmkarlar İttifaqı (AHİ) arasında əməkdaşlıq haqqında müqavilə imzalanıb.

Sənədi REA Həmkarlar İttifaqının sədri, professor Viktor Kalinuşkin və  AHİ-nin sədri, professor Habil Qurbanov imzalayıblar.

İki ölkənin elmi qurumlarının həmkarlar ittifaqları arasında əlaqələrin və səmərəli əməkdaşlığın təşkilinə geniş imkanlar yaradan müqavilə 5 il müddətinə nəzərdə tutulub.

İmzalama mərasimində REA Həmkarlar İttifaqının sədr müavini Tatyana Roslyakova, Moskva Regional Təşkilatının sədri, professor Vladimir Yurkin və digər rəsmi şəxslər də iştirak ediblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.