BBC-nin altıncı kanalının əməkdaşları AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda olublar.
Qonaqlar sərgi salonunda nümayiş etdirilən qədim əlyazma və miniatürlərlə tanış olub, xatirə kitabına ürək sözlərini yazıblar.
Televiziya əməkdaşları institutun fəaliyyət istiqaməti, tarixi, burada nümayiş etdirilən əlyazmalarla bağlı Humanitar Elmlər Bölməsinin akademik-katibi, elmi müəssisənin direktoru, akademik Teymur Kərimlidən geniş müsahibə alıblar.
Qeyd edək ki, BBC-nin əməkdaşları yanvarın 27-dən “Bakının tarixi və incəsənəti” adlı sənədli film çəkirlər. Çəkilişlər fevralın 9-dək davam edəcək.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.