Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Naxçıvan Bölməsində dissertasiya mövzularının müzakirəsi aparılıb
01.02.2018 12:55
  • A-
  • A
  • A+

Naxçıvan Bölməsində dissertasiya mövzularının müzakirəsi aparılıb

AMEA Naxçıvan Bölməsində Rəyasət Heyətinin ümumi yığıncağı bölmənin elmi-tədqiqat müəssisələrinin fəlsəfə və elmlər doktorluğu hazırlığı üzrə doktorantura və dissertantura qəbulunun nəticələrinə həsr olunub.

Əvvəlcə bölmənin sədri, akademik İsmayıl Hacıyev iştirakçıları gündəlikdəki məsələlərlə tanış edib. 

Tədbirdə bölmənin kiçik elmi işçi vəzifəsinə keçirilmiş əməkdaşların 2018-2020-ci illər üzrə elmi-tədqiqat işləri ilə bağlı Elmi təşkilat şöbəsinin müdiri, aqrar elmləri üzrə fəlsəfə doktoru, dosent Orxan Bağırov məlumat verib.

Sonra kiçik elmi işçi vəzifəsinə keçmiş 13 əməkdaşın mövzusu Rəyasət Heyətinin üzvlərinə təqdim olunub. Müzakirələrdən sonra mövzuların təsdiq olunması barədə qərar qəbul edilib.

Daha sonra bölmənin fəlsəfə və elmlər doktorluğu hazırlığı üzrə doktorantura və dissertanturaya qəbulla bağlı Təhsil və kadrlar şöbəsinin müdiri Filurə Sadiqova məlumat verib. O, 2018-ci il üçün fəlsəfə və elmlər doktoru hazırlığı üzrə doktorantura və dissertanturaya qəbulun nəticələrini diqqətə çatdırıb. Bildirib ki, bölmə üzrə cari ildə 12 nəfər fəlsəfə doktoru hazırlığı üzrə dissertanturaya,  2 nəfər elmlər doktoru hazırlığı üzrə doktoranturaya, 2 nəfər isə elmlər doktoru hazırlığı üzrə dissertanturaya müraciət edib.

Müzakirələrdən sonra 16 nəfərin qəbul planı təsdiq edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: