Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Lənkəranda yeni limon növü yetişdirilib
29.01.2018 07:45
  • A-
  • A
  • A+

Lənkəranda yeni limon növü yetişdirilib

AMEA-nın Lənkəran Regional Elmi Mərkəzi Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq İnstitutunun Lənkəran çay filialı ilə birgə çay və sitrus bitkilərinin müxtəlif növləri üzərində elmi tədqiqat işləri aparıb. Məqsəd yerli şəraitdə az yayılmış növlərin morfoloji, bioloji və təsərrüfat əhəmiyyətinin qorunması, keyfiyyət göstəricilərinə görə yeni növlərin seçilməsi və yaradılmasıdır.

Mərkəzin direktoru, professor Fərman Quliyevdən aldımız məlumata görə, elmi tədqiqatlar zamanı yeni limon növü əldə olunub. Yeni limon növünün yetişdirilməsi aqrotexniki qulluq az tələb etdiyindən ucuz başa gəlir, məhsulvermə qabiliyyəti isə digərlərindən 40-50 faiz çoxdur.

F.Quliyev bildirib ki, “Lənkəran meyeri” (“Meyer ağçiçək”) adı verilən yeni limon növü yüksək məhsuldarlığına, şaxtaya, xəstəlik və zərərvericilərə qarşı dözümlülüyünə görə ənənəvi limon növlərindən fərqlənir. Gələcəkdə “Lənkəran meyeri”nin artırılaraq təsərrüfatlara verilməsi ölkəmizdə bu sahənin inkişaf etdirilməsinə, sitrus bitkilərindən yüksək məhsul götürülməsinə imkan yaradacaq.

Alim bu ilin sonuna kimi daha bir yeni sitrus meyvə növünün - "Lənkəran karlisi" tezyetişən naringi növünün yetişdirilməsinin də nəzərdə tutulduğunu qeyd edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: