www.science.az
26.01.2018 15:01

“Elm” qəzetinin növbəti sayında maraqlı məqalələr yer alıb

Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin mətbu orqanı olan "Elm" qəzetinin növbəti sayı 26 yanvar 2018-ci il tarixində işıq üzü görüb.

Qəzetdə AMEA Rəyasət Heyətinin Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda keçirilən iclası, AMEA-nın prezidenti, akademik Akif Əlizadənin İnformasiya Texnologiyaları İnstitutunda magistrantların imtahan prosesi ilə tanış olması, Yer Elmləri Bölməsinin cari ildəki ilk iclası, Azərbaycan dilinin dövlət dili kimi ümumi informasiya bazasının – www.azerbaycandili.az portalının təqdimatı, Yüksək Texnologiyalar Parkında "Micro Focus & HPE Software" şirkətinin nümayəndələri ilə görüş, İkinci Azərbaycan-Belarus dördtərəfli birgə beynəlxalq qrant müsabiqəsinin nəticələri, 2018-2020-ci illər üçün elmi tədqiqat proqramları ilə bağlı müsabiqə və yeni nəşrlər haqqında materiallar işıqlandırılıb.

Bundan əlavə, yeni sayda "Heç kim unudulmayıb, heç nə yaddan çıxmayıb", "Mənim ilk qrantım", "Akademiya əməkdaşları üçün müayinə aksiyası", "Böyük xalqşünas alim", "Avropa qonşularını tanımaq istəyir", "Görkəmli həmyerlimiz" adlı məqalələr və digər məlumatlarla tanış olmaq olar.

Qəzetdə, həmçinin «Отчеты отделений», «Углубляя интеграцию», «Яркая страница истории», «Шаги больщой жизни», «Главная ценность - доверие», «Позитив жизни», «К истории гуманизма: взгляд из XXI века», «Дышите пока» və s. kimi məqalələr də yer alıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.