Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“İRS-Herencia” jurnalında azərbaycanlı alimin məqaləsi çap olunub
26.01.2018 10:59
  • A-
  • A
  • A+

“İRS-Herencia” jurnalında azərbaycanlı alimin məqaləsi çap olunub

“İRS” redaksiyası və Argentinanın La Plata Universitetinin Beynəlxalq Əlaqələr İnstitutunun nəzdində fəaliyyət göstərən azərbaycanşünaslıq kafedrasının birgə səyi ilə hazırlanmış ispandilli “İRS-Herencia” jurnalının yeni nömrəsi çapdan çıxıb.

Jurnalın yeni nömrəsində AMEA Rəyasət Heyəti aparatının Azərbaycanda elmi irsin toplanması və sistemləşdirilməsi mərkəzinin rəhbəri, tarix elmləri doktoru Zemfira Hacıyevanın “1936-1939-cu illəri əhatə edən vətəndaş müharibəsi dövründə Azərbaycanın ispaniyalı qaçqın uşaqlara yardımı unikal tolerantlıq, humanizm və multikulturalizm modeli kimi” mövzusunda məqaləsi dərc olunub.

Məqalədə XX əsrə aid, nadir  hesab edilən tarixi sənədlər, kino-fotomateriallardan bəhs edilir. Qeyd olunur ki, XX əsrin 40-cı illərinin kinoxronikasında əksini tapmış tarixi fakt ispaniyalı qaçqın uşaqların Azərbaycana gəlişindən xəbər verir. İkinci dünya müharibəsinin ağır illərində qonaqpərvər Azərbaycan torpağı İspaniyadan gələn uşaqlara sığınacaq vermişdir.

Məqalədə bildirilir ki, 1936-1939-cu illərdə Azərbaycan İspaniyaya siyasi yardım göstərməklə yanaşı, dərin siyasi böhran və vətəndaş müharibəsindən əziyyət çəkən sadə mülki əhalini də xilas etməyə müvəffəq olmuşdur. Bu nadir tarixi fakt Azərbaycan xalqının tolerant, humanist və multikultural olduğunun bariz təsdiqidir.

Qeyd edək ki, “İRS-Herencia” jurnalı dünyanın ispandilli ölkələrində Azərbaycan həqiqətlərinin, qədim və zəngin tarixinin, mədəniyyətinin, incəsənətinin təbliği məqsədini daşıyır.

Məqalənin tam mətni ilə bu linkdən http://irs-az.com/new/files/2017/211/2662.pdf tanış olmaq mümkündür.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: