Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Respublika Seysmoloji Xidmət Mərkəzi Bayıl yamacındakı sürüşmə zonasında monitorinq aparır
25.01.2018 14:51
  • A-
  • A
  • A+

Respublika Seysmoloji Xidmət Mərkəzi Bayıl yamacındakı sürüşmə zonasında monitorinq aparır

AMEA-nın Respublika Seysmoloji Xidmət Mərkəzi (RSXM) "Televiziya" qülləsi kompleksinin yaxınlığında, Bayıl yamacında torpaq sürüşməsi müşahidə olunan ərazidə monitorinq aparır.

Aparılan monitorinqə RSXM-nin baş direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli rəhbərlik edir. Mərkəzin əməkdaşları tərəfindən ərazidə kompleks tədqiqatlar aparmaq üçün seysmik, geofiziki cihaz və avadanlıqlar quraşdırılıb. 

RSXM tərəfindən Bayıl dərəsinin yamacları boyunca ("Teleqüllə" kompleksinin yaxınlığında) gedən torpaq sürüşməsi prosesinin inkişaf dinamikası, sürüşməyə məruz qalan torpaq kütləsinin ölçüləri, sürüşmə müstəvisi, onun dərinliyi, yatım bucağı və digər paramertlərinin müəyyən edilməsi üçün ərazidə seysmoloji, geofiziki, maqnitometrik, qravimetrik və digər üsullarla kompleks tədqiqatlar aparılır.

Tədqiqatlar ərazidə gedən sürüşmə prosesi dayanana qədər davam etdiriləcək. Aparılan tədqiqatların nəticəsi təhlil edildikdən sonra sürüşmənin baş vermə səbəblərinə dair hesabat hazırlanaraq rəsmi dövlət qurumlarına təqdim olunacaq. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: