Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

"Neft və geoekologiya" mövzusunda beynəlxalq konfrans keçiriləcək
25.01.2018 07:33
  • A-
  • A
  • A+

"Neft və geoekologiya" mövzusunda beynəlxalq konfrans keçiriləcək

14-18 may 2018-ci il tarixlərində AMEA-nın Neft və Qaz İnstitutunda "Neft və geoekologiya" mövzusunda beynəlxalq konfrans keçiriləcək.

Konfrans çərçivəsində "Neft və qaz geologiyası", "Geokimya (neft, filiz, izotop)", "Litogenez və karbohidrogenlərin yaranması", "Geotibb", "Quyuların qazılması texnologiyası", "Neft və qaz yataqlarının işlənməsi və istismarı", "Geoekologiya" və "İqlim dəyişiklikləri" mövzularında məruzələr dinləniləcək.

Tədbirdə məruzə ilə iştirak etmək istəyənlər fevralın 1-dən - martın 31-dək qeydiyyatdan keçməlidirlər.

Elanın tam mətni ilə buradan tanış olmaq olar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: