www.science.az
01.04.2014 00:00

31 Mart-Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş anım tədbiri keçirilib

AMEA Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunda 31 Mart Soyqırımı qurbanlarının anım mərasimi keçirilib.

Tədbiri giriş sözü ilə açan institutun elmi işlər üzrə direktor müavini, hüquq üzrə elmlər doktoru Bəhram Zahidov 1918-ci ildə Bakı, Şamaxı, Quba, Lənkəran, Göyçayda törədilən kütləvi qırğın və ermənilərin deportasiya siyasəti haqqında məlumat verib, soyqırımda erməni Qriqoryan kilsəsi keşişlərinin oynadığı roldan danışıb. O, 1998-ci il martın 26-da ulu öndər Heydər Əliyev tərəfindən imzalanmış “Azərbaycanlıların soyqırımı haqqında” Fərmandan sonra bu tarixi hadisəyə ilk siyasi qiymətin verildiyini vurğulayıb.

Müasir fəlsəfə problemləri şöbəsinin aparıcı elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoruMətləb Mahmudov soyqırımın baş verməsinin əsas səbəblərindən söz açıb. Bildirib ki, Azərbaycan geosiyasi cəhətdən əlverişli yer olduğundan tarix boyu ermənilərin bu torpaqlara marağı olub.

Fəlsəfə və ictimai fikir tarixi şöbəsinin böyük elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoruFaiq Ələkbərov öz çıxışında bildirib ki, soyqırımı törətməkdə əsas məqsəd türk millətini məhv edib, Çar Rusiyasının yardımı ilə erməni dövlətini yaratmaq istəyi olub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.