Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Şəbəkə texnologiyaları” kitabı işıq üzü görüb
23.01.2018 10:23
  • A-
  • A
  • A+

“Şəbəkə texnologiyaları” kitabı işıq üzü görüb

AMEA İnformasiya Texnologiyaları İnstitutunun aparıcı elmi işçisi, texnika üzrə fəlsəfə doktoru, dosent Ramiz Şıxəliyevin “Şəbəkə texnologiyaları” adlı kitabı işıq üzü görüb. Kitabın elmi redaktoru, institutun şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru, dosent Yadigar İmamverdiyevdir.

İnformasiya Texnologiyaları İnstitutunun Elmi Şurasının qərarı ilə nəşr olunmuş kitabda kompüter şəbəkələrinin əsas anlayışları, açıq sistemlərin qarşılıqlı əlaqə modeli, standart şəbəkə protokolları stekləri, şəbəkə əlaqə kanallarına giriş metodları, şəbəkə ünvanlama, şəbəkə marşrutlama haqqında ətraflı məlumat verilir. Həmçinin lokal, qlobal, naqilsiz, SDN (Services Digital Network), multiservis, intellektual, virtual xüsusi şəbəkələrə, İnternet, multiagent və şəbəkə təhlükəsizliyi texnologiyalarına baxılır.

Kitab kompüter mühəndisliyi sahəsində bakalavr və magistrlərın hazırlanması üçün istifadə edilə bilər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: