Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Qızılgüllər kataloqu” kitabının ikinci nəşri işıq üzü görüb
23.01.2018 09:37
  • A-
  • A
  • A+

“Qızılgüllər kataloqu” kitabının ikinci nəşri işıq üzü görüb

AMEA-nın Mərkəzi Nəbatat Bağının (MNB) “Qızılgüllər kataloqu”nun 172 səhifəlik ikinci nəşri çapdan çıxıb.

Kitabın müəllifləri biologiya üzrə fəlsəfə doktorları - Asəf İsgəndərov, Ofelya Qafarova, Ramiz Əliyev və Vahid Fərzəliyevdir.

Kataloqa Nəbatat Bağına introduksiya olunmuş və seleksiya üsulu ilə yetişdirilmiş ən yaxşı qızılgül sortları və hibridləri daxil edilib. Həmçinin kitabda qızılgüllərin təsnifatı və bağ qruplarının xarakteristikası, onların becərilməsi kimi mövzularda geniş məlumat verilib.

Kitabın çap olunmasında məqsəd ölkəmizdə ilk dəfə olaraq “Rosa L” cinsinin elmi əsaslarla öyrənilməsi, qızılgüllərin introduksiyası, seleksiyası və kolleksiya genefondunun yaradılması istiqamətində aparılan tədqiqatların nəticələrini geniş oxucu auditoriyasına çatdırmaqdır.

Nəşr botaniklər, introduktorlar, həvəskar gülçülər, bağbanlar, aqronomlar, yaşıllaşdırmada və landşaft memarlığı sahəsində çalışan mütəxəssislər üçün nəzərdə tutulub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir. 

  • Paylaş: