www.science.az
22.01.2018 09:24

“Muğam ənənəsi elm və incəsənət qovşağında” mövzusunda simpozium keçiriləcək

7-10 mart 2018-ci il tarixlərində AMEA-nın təşkilatçılığı və Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə "Muğam ənənəsi elm və incəsənət qovşağında" mövzusunda beynəlxalq muğam simpoziumu keçiriləcək.

Simpoziumda "Muğam Şərq lad sisteminin milli interpretasiyaları", "Muğam mətnlərinin estetik və narrativ semantikası", "Vokal – instrumental  muğam mətnlərinin dil və ritmik özəllikləri", "Azərbaycan muğam-dəstgahının konseptual mahiyyəti" və digər mövzularda məruzələr dinləniləcək.

Simpoziumun açılış yığıncağı AMEA-nın Əsas binasında təşkil olunacaq.

Ünvan: Bakı şəh., H.Cavid pros., 115.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.