Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Azərbaycan xalçaları” jurnalının növbəti nömrəsi çap edilib
22.01.2018 11:51
  • A-
  • A
  • A+

“Azərbaycan xalçaları” jurnalının növbəti nömrəsi çap edilib

“Azər-İlmə” Xalçaçılıq Mərkəzinin və AMEA Rəyasət Heyətinin birgə təsisçiliyi ilə nəşr olunan “Azərbaycan xalçaları” jurnalının 24-cü nömrəsi çap edilib.

Sənətşünaslıq və tarix ixtisasları üzrə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının elmi nəşrləri sırasında olan jurnalda rəsmi xronika, sənətşünaslıq, tarixşünaslıq, ayrı-ayrı xalq tətbiqi sahələrini əhatə edən müəllif yazıları, reportajlar, elmi məqalələr, maraqlı tərcümə materialları yer alıb.

Jurnal “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Quba filialının açılışı, Sumqayıt Sənaye Parkında Əyirici-Boyaq Fabrikinin təməlqoyma mərasimi haqqında rəsmi materiallarla başlayır.

Bundan başqa, jurnalda görkəmli azərbaycanşünas-alim Yusif Vəzir Çəmənzəminlinin “Bizdə xalıçılıq”, tarix üzrə fəlsəfə doktorları Könül İmamverdiyevanın “Bayraq tarixi yaddaşın daşıyıcısıdır”, Tahir Şahbazovun “XIX əsr Azərbaycan memarlığı və incəsənətinin bəzi məsələlərinə dair”, Anar Ağalarzadə, Əhliman Əbdürəhmanov və Fərid Fərmanovun “Aşağı Ləki küp qəbirləri”, Cavid Bağırzadənin “Azərbaycanın Qarabağ bölgəsinin ilk orta əsrlər dövrü tarixi coğrafiyasına dair”, Robert Çensinerin (Böyük Britaniya), sənətşünaslıq doktoru Kübra Əliyevanın “Azərbaycan ərazisində tunc və dəmir dövrlərinə aid keramika məmulatlarının təsnifatı və əsas bədii xüsusiyyətlərinə dair” və digər bu kimi mövzularda məqalələr dərc edilib.

Jurnalın baş redaktoru, Əməkdar incəsənət xadimi, professor Vidadi Muradovdur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: