Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

Akademik Vaqif Abbasov məktəblilərə “Əxlaq və mənəviyyat ən böyük sərvətdir” mövzusunda mühazirə keçib
22.01.2018 09:41
  • A-
  • A
  • A+

Akademik Vaqif Abbasov məktəblilərə “Əxlaq və mənəviyyat ən böyük sərvətdir” mövzusunda mühazirə keçib

AMEA-nın Neft-Kimya Prosesləri İnstitutunun direktoru, akademik Vaqif Abbasov Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) uşaq hüquqları üzrə resurs mərkəzi olan Azərbaycan Uşaq və Gənclərin Sülh Şəbəkəsinin Liderlik Məktəbinin şagirdlərinə “Əxlaq və mənəviyyat ən böyük sərvətdir” mövzusunda mühazirə oxuyub.

Bakının müxtəlif məktəblərindən 71 şagirdin iştirak etdiyi tədbir aktiv dialoq şəklində keçib, çoxlu suallar cavablandırılıb.

Tədbirdə Ombudsman Elmira Süleymanova da iştirak edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: