Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

20.01.2018 15:35
  • A-
  • A
  • A+

Şəhidlər xiyabanı müqəddəs ziyarətgahımızdır

Şəhidlər xiyabanı müqəddəs ziyarətgahımızdır

20 Yanvar faciəsi qurbanlarının xatirəsinə ehtiram olaraq, AMEA əməkdaşları Şəhidlər Xiyabanını ziyarət ediblər.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin Sərəncamı ilə təsdiq olunmuş “20 Yanvar faciəsinin iyirmi səkkizinci ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planı”na əsasən təşkil edilən mərasimdə AMEA Rəyasət Heyətinin üzvləri, institut və təşkilatlarının rəhbərləri və bir qrup əməkdaşı iştirak ediblər.

Elm xadimləri torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin xatirəsinə ehtiramlarını bildirib, məzarları üzərinə tər çiçəklər düzüblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: