Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

19.01.2018 09:34
  • A-
  • A
  • A+

Elmin İnkişafı Fondunda 20 Yanvar faciəsinin 28-ci ildönümü ilə bağlı anım tədbiri keçirilib

Elmin İnkişafı Fondunda 20 Yanvar faciəsinin 28-ci ildönümü ilə bağlı anım tədbiri keçirilib

Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunda 20 Yanvar faciəsinin 28-ci ildönümü ilə əlaqədar anım tədbiri keçirilib.

Fondun icraçı direktoru, fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktoru Elçin Babayev tədbiri açaraq 20 Yanvar faciəsinin Azərbaycanın müstəqillik tarixindəki rolundan danışıb. O, faciənin SSRİ rəhbərliyi tərəfindən Azərbaycan xalqına qarşı məqsədli şəkildə törədilmiş ağır cinayət olduğunu bildirib: “20 Yanvar” hadisəsi terror olmaqla yanaşı, həm də Azərbaycan xalqının mübarizliyini, həmrəyliyini, əzmini, qəhrəmanlığını, Vətənə olan sevgisini də təcəssüm etdirir. Bu tarixə müstəqilliyə aparan bir yolun başlanğıcı kimi baxmaq lazımdır”.

E.Babayev ümummilli lider Heydər Əliyevin 20 Yanvar hadisələri zamanı göstərdiyi güclü siyasi iradəni xüsusi qeyd edib, bu faciənin detallarının gələcəkdə daha da dərindən araşdırılacağına əmin olduğunu bildirib.

Tədbirdə AMEA Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Elmi-təşkilat şöbəsinin rəhbəri, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Rəcəb Rəhimli də çıxış edərək 20 Yanvar hadisəsinin siyasi, hüquqi və sosial aspektlərindən danışaraq bu günün gənc nəsil üçün vətənpərvərlik örnəyi olduğunu qeyd ediblər.

Sonda 20 Yanvar hadisələrinə həsr olunan qısa film nümayiş etdirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: