www.science.az
19.01.2018 09:15

“Magistr”jurnalının yeni nömrəsi çapdan çıxıb

Dövlət İmtahan Mərkəzi “Magistr” jurnalının bu il üçün birinci nömrəsini nəşr edib.

Jurnalın birinci nömrəsində ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına qəbul qaydaları, məntiqi təfəkkür, xarici dillər və informatika üzrə qəbul imtahanı proqramları Azərbaycan və rus dillərində çap edilib.

"Magistr" jurnalında məntiqi təfəkkürün yoxlanılması üzrə çoxseçimli və açıqtipli test tapşırığı nümunələri də dərc olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.