Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Fizika İnstitutunda gürcüstanlı alimlərin iştirakı ilə seminar keçirilib
18.01.2018 09:51
  • A-
  • A
  • A+

Fizika İnstitutunda gürcüstanlı alimlərin iştirakı ilə seminar keçirilib

AMEA Fizika İnstitutunda Gürcüstanın İlya Universitetinin professoru Avtandil Tavxelidze və Mikronano Elektronika İnstitutunun professoru Z.Taliaşvilinin iştirakı ilə seminar keçirilib.

Tədbirdə Fizika İnstitutunun innovasiya və transfer üzrə direktor müavini, fizika-riyaziyyat elmləri doktoru Ayaz Bayramov çıxış edərək seminarın birgə aparılmış tədqiqatların nəticələrinə həsr olunduğunu bildirib.

Daha sonra prof. A.Tavxelidzenin ”Dövri nanoquruluşların həndəsəsi ilə şərtlənən kvant effektləri” adlı məruzəsi dinlənilib. İlk olaraq aparılmış tədqiqatlar barədə məlumat verən məruzəçi bildirib ki,  ölçmələrin əksəriyyəti Fizika İnstitutunda quraşdırılmış cihazlar vasitəsilə reallaşıb. A.Tavxelidze əldə olunan mühüm nəticələrdən də bəhs edib.

Seminar prof. Z.Taliaşvilinin “Monokristalik silisium əsaslı nanoquruluşlu səthə malik Günəş elementlərinin hazırlanması”, institutun direktoru, akademik Nazim Məmmədov və f.-r.e.d. Ayaz Bayramovun “Monokristalik silisium əsasında dövri nanoquruluşların optik xassələri” mövzusunda məruzələri ilə davam edib.

Sonda mövzular ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: