Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Folklor İnstitutunda 20 Yanvar şəhidlərinin xatirəsi anılıb
18.01.2018 10:03
  • A-
  • A
  • A+

Folklor İnstitutunda 20 Yanvar şəhidlərinin xatirəsi anılıb

AMEA-nın Folklor İnstitutunda 20 Yanvar faciəsinin 28-ci ildönümünə həsr olunan anım tədbiri keçirilib.

Əvvəlcə şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə institutun direktoru, akademik Muxtar İmanov çıxış edərək 20 Yanvar faciəsinin şahidi kimi, həmin günlərdə baş verən prosesləri diqqətə çatdırıb. Sovet hakimiyyətinin Azərbaycan haqqında qaranlıq düşüncələrini bölüşən M.İmanov faciənin yaranma səbəbləri və Qanlı Yanvarda törədilən dəhşətlər haqqında ətraflı məlumat verib. 

O, bütün qanlı əməllərə baxmayaraq xalqımızın müstəqillik əzminin sönmədiyini deyib və Şəhidlər Xiyabanının ölkəmizin and yerinə çevrildiyini vurğulayıb.

Tədbirdə, həmçinin institutun Müasir folklor şöbəsinin müdiri, fil.ü.e.d., prof. Füzuli Bayat, Mifologiya şöbəsinin müdiri, fil.ü.e.d. Seyfəddin Rzasoy, fil.ü.f.d., şair Nizami Muradoğlu, fil.ü.f.d. Şakir Albalıyev, Qarabağ qazisi Həsən Hüseyni və digərləri çıxış edərək 20 Yanvar hadisələrinin Azərbaycanın müstəqilliyinə gedən yolda önəmli mərhələ olduğunu bildiriblər.

Sonda institutun Folklor studiyasının 20 Yanvar faciəsi ilə bağlı hazırladığı sənədli film nümayiş etdirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: