www.science.az
18.01.2018 09:18

“20 Yanvar şəhidləri” kataloqu hazırlanıb

AMEA Milli Azərbaycan Tarixi Muzeyində bu elm müəssisəsinin materialları əsasında “20 Yanvar şəhidləri” kataloqu hazırlanıb.

Muzey xalqımızın qan yaddaşına həkk olunan 20 Yanvar faciəsi ilə bağlı sənəd, foto, əşyaların toplanması işini davam etdirir. Hazırda qeyd olunan faciə ilə bağlı 300-dən artıq eksponat muzeyin müvafiq fondlarında qorunur.

Kataloqda Qara Yanvara dair müxtəlif materiallar - otuz yeddi şəhidin şəxsi əşyaları, çoxlu fotoşəkillər, qəzetlər, rəsm əsərləri və s. əksini tapıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.