www.science.az
16.01.2018 14:03

"Elm və İnnovasiya" proqramının növbəti buraxılışı ölkədə astrofizika sahəsində aparılmış tədqiqatlara həsr olunacaq

Yanvarın 16-da saat 21:30-da AzTV kanalında "Elm və İnnovasiya" elmi-publisistik proqramının növbəti buraxılışı yayımlanacaq.

Veriliş Azərbaycanda astrofizika sahəsində aparılmış nəzəri və praktiki tədqiqat işlərinə, bu sahədə əldə olunan mühüm elmi nəticələrə və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunub. Proqramın qonağı Şamaxı Astrofizika Rəsədxanasının direktoru, AMEA-nın müxbir üzvü Namiq Cəlilovdur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.