www.science.az
16.01.2018 09:22

Coğrafiya İnstitutu ilə “Azərkosmos” Açıq Səhmdar Cəmiyyəti arasında niyyət protokolu imzalanıb

AMEA-nın akademik H.Əliyev adına Coğrafiya İnstitutu və “Azərkosmos” Açıq Səhmdar Cəmiyyəti arasında müasir texnologiyaların köməyi ilə meşələrin aerokosmik monitorinqi məqsədilə niyyət protokolu imzalanıb.

Protokola əsasən, məsafədən müşahidə məlumatları əsasında mövcud meşə örtüyü hüdudlarının və sərhədlərinin dəqiqləşdirilməsi, meşə sahələri sıxlığının qiymətləndirilməsi, meşələri formalaşdıran əsas ağac növlərinin (fıstıq, vələs və palıd) paylanılması xəritələrinin tərtib olunması, təbii və antropogen təsirlər səbəbindən dəyişikliklər baş verən sahələrin müəyyən olunması və monitorinqinin həyata keçirilməsi istiqamətində işlər görüləcək.

Sənədi Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov və “Azərkosmos” ASC-nin sədr müavini Rövşən Rüstəmov imzalayıblar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.