www.science.az
01.04.2014 00:00

“Azərbaycan ədəbiyyatında Hüseyn Cavid mənzum dramın banisi kimi” mövzusunda inşa müsabiqəsi elan olunur

AMEA Hüseyn Cavidin Ev Muzeyinin Gənc alim və mütəxəssislər şurası “Azərbaycan ədəbiyyatında Hüseyn Cavid mənzum dramın banisi kimi” mövzusunda inşa müsabiqəsi elan edib. Müsabiqənin keçirilməsində məqsəd şair-dramaturq Hüseyn Cavidin irsinin tədqiqi və təbliği yolu ilə onun yaradıcılığının gənc nəslə ötürülməsidir. Bakı şəhəri orta məktəblərinin 9-11-ci sinif şagirdləri mövzu üzrə inşalarını müsabiqəyə təqdim edə bilər.

İnşalar huseinjavid@gmail.com elektron poçt ünvanına 31 may 2014-cü il tarixinədək göndərilməlidir.

İnşa yazıları mütəxəssislərdən ibarət münsiflər heyəti tərəfindən qiymətləndiriləcək. Müsaqibənin sonunda seçiləcək üç ən yaxşı inşa müəllifləri mükafatlarla təltif ediləcək. Birinci, ikinci və üçüncü yerlər üzrə qaliblərə mükafat olaraq “Hüseyn Cavid əsərləri 5 cilddə” külliyyatı, “Cavid hikməti (seçmə aforizmlər)” kitabı və “Sözləri Hüseyn Cavidindir” adlı mahnı albomu təqdim olunacaq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.