www.science.az
15.01.2018 13:37

"Kimya Problemləri" jurnalı "EBSCO" məlumat bazasına daxil edilib

AMEA-nın Kimya Elmləri Bölməsinin 2003-cü ildən nəşr olunan “Kimya problemləri” jurnalı "EBSCO" məlumat bazasına daxil edilib.

Qeyd edək ki, mərkəzi ABŞ-da yerləşən "EBSCO" məlumat bazası 1944-cü ildən fəaliyyət göstərir. Şirkət informasiya xidmətləri bazarında elektron xidmətlərin və məlumat bazalarının aparıcı təchizatçısıdır. Bazaya 30.000-dən çox tam mətnli jurnal, kitab, broşura, qəzet, məlumat kitabları və analitik icmallar daxildir .

"EBSCO"nun tərəfdaşları arasında – "Taylor & Francis", "MIT Press", "JAI Press", "Cambridge University Press", "Yale University Press", "John Wiley & Sons", "Oxford University Press", "Sage Publications" və başqaları var.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.