www.science.az
07.04.2014 00:00

AMEA-nın həqiqi və müxbir üzvlüyünə seçkilər keçirilir

AMEA 11 həqiqi və 23 müxbir üzv yerinə seçkilər elan edib.

Xatırladaq ki, seçkilərlə əlaqədar AMEA Rəyasət Heyətinin 12 mart 2014-cü il tarixli qərarı ilə komissiya yaradılmışdır. Komissiya ilkin lazımi işləri yekunlaşdırmış və bundan sonra AMEA-nın həqiqi və müxbir üzvlüyünə irəli sürülən namizədlərin sənədlərinin qəbulu, onların elmi-texniki və hüquqi ekspertizası aparılacaq.

Komissiyanın sədri, akademiyanın Elmi-Təşkilat İdarəsinin rəisi, texnika elmləri doktoru Əminağa Sadıqovdur, tərkibi isə hüquq, təhsil və kadrlar şöbələrinin rəisləri, həmçinin bölmələrin elmi katiblərindən ibarətdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.