Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

12.01.2018 09:10
  • A-
  • A
  • A+

Milli Oftalmologiya Mərkəzi AMEA əməkdaşları üçün pulsuz müayinə aksiyası keçirib

Milli Oftalmologiya Mərkəzi AMEA əməkdaşları üçün pulsuz müayinə aksiyası keçirib

Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Səyyar Klinikası AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun əməkdaşları üçün pulsuz göz müayinəsini həyata keçirib. Humanitar aksiyada iştirak edən insanlar həkim-oftalmoloqlar tərəfindən ətraflı müayinə edilib, onların görmə itiliyi, göz təzyiqi yoxlanılıb və zəruri müalicə tədbirləri müəyyənləşdirilib.

Milli Oftalmologiya Mərkəzinin Eksimer-Lazer şöbəsinin əməkdaşı, tibb üzrə fəlsəfə doktoru, oftalmoloq, cərrah Aygün Səfərovanın sözlərinə görə, bu aksiyanın keçirilməsində əsas məqsəd əməkdaşları iş prosesindən ayırmadan onların göz patalogiyalarını aşkar etmək və monitorinqlər aparmaqdır.

Göz müayinəsinin keçirilməsi üçün Səyyar Klinikanın geniş texniki imkanlara malik olduğunu söyləyən cərrah A.Səfərova aparılan müayinələr zamanı əsas etibarilə quru göz sindromu və spazm kimi patalogiyaların aşkarlandığını diqqətə çatdırıb. O, bu patalogiyaların kompüterlə sıx təmasda olan insanlar üçün xarakterik olduğunu bildirib.

Aksiyanın AMEA-nın digər institut və təşkilatlarında da keçirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, Milli Oftalmologiya Mərkəzi Bakıda və bölgələrdə əhali arasında göz xəstəlikləri ilə bağlı geniş maarifləndirmə tədbirləri aparır, oftalmoloji xəstələrin müayinəsi və müalicəsi sahəsində aksiyalar keçirir. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir. 

  • Paylaş: