Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

ARDNŞ-ın Elm Fondunun 2017-ci ilin qrant müsabiqəsinin nəticələri açıqlanıb
10.01.2018 10:23
  • A-
  • A
  • A+

ARDNŞ-ın Elm Fondunun 2017-ci ilin qrant müsabiqəsinin nəticələri açıqlanıb

Məlum olduğu kimi, Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (ARDNŞ) Elm Fondu AMEA-da işləyən, neft-qaz, neft-kimya sənayesi ilə bağlı aktual elmi və texnoloji  problemlərin tədqiqi ilə məşğul olan alimlərin və yaradıcı kollektivlərin fəaliyyətini dəstəkləmək, onlara əlavə yaradıcılıq imkanları yaratmaq, elmi və innovativ araşdırmaları stimullaşdırmaq məqsədilə 2017-ci üçün növbəti qrant müsabiqəsi elan etmişdir.

Müsabiqəyə 98 layihə təqdim olunmuşdur. Təqdim olunan layihələrin ekspertizası məqsədilə Müsabiqə Komissiyası yaradılmış, komissiya tərəfindən Elm Fondunun Əsasnaməsinə uyğun olaraq təqdim olunmuş layihələrin ekspertizası təşkil edilmişdir.

Müsabiqə Komissiyasının və ekspertlərin yekun rəylərini nəzərə alaraq ARDNŞ-ın Elm Fondunun İdarə Heyətinin 9 yanvar 2018-ci il tarixli qərarı ilə 29 elmi tədqiqat (ET), 3 xüsusi (XL) və 3 həvəsləndirici mükafat (HM) olmaqla 35 qrant layihəsi müsabiqənin qalibi elan olunmuşdur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: