Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

ABŞ-da aparılan tədqiqatların nəticələrinə həsr olunmuş seminar keçirilib
07.04.2014 00:00
  • A-
  • A
  • A+

ABŞ-da aparılan tədqiqatların nəticələrinə həsr olunmuş seminar keçirilib

AMEA Genetik Ehtiyatlar İnstitutunun əməkdaşı, biologiya üzrə fəlsəfə doktoru Eldar Mustafayevin ABŞ-da 3 ay ərzində apardığı tədqiqatların nəticələrinə dair seminarı keçirilib.

Tədbirdə “Dənli taxıl bitkilərində yayılmış virus xəstəliklərinin molekulyar genetik tədqiqi” mövzusunda məruzə ilə çıxış edən E.Mustafayev bildirib ki, tədqiqatlar Vaşinqton Dövlət Universitetində (VDU) ABŞ Kənd Təsərrüfatı Departamentinin (USDA) təsis etdiyi “Norman Borlaug” beynəlxalq təqaüd proqramı çərçivəsində aparılıb. E.Mustafayev universitetin Bitki Xəstəlikləri Departamentinin rəhbəri, professor Hanu R.Pappunun rəhbərliyi altında dənli taxıl bitkilərində yayılmış virus xəstəliklərini tədqiq edib. Araşdırmalar nəticəsində dənli taxıl bitkilərində yeni viruslar aşkarlanıb, onların müəyyən edilməsi üçün yeni praymerlər dizayn olunub və müasir metodla işlənib.

Seminarda tədqiqatların nəticələri geniş müzakirə olunub. İnstitutun direktoru, aqrar elmlər üzrə elmlər doktoru Zeynal Əkpərov, elmi işlər üzrə direktor müavini, biologiya üzrə fəlsəfə doktoru Mehrac Abbasov və İmmunogenetika şöbəsinin müdiri, biologiya üzrə elmlər doktoru Hacı Şıxlinski tədqiqatlarla bağlı öz təkliflərini bildiriblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.
  • Paylaş: