Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

AMEA Milli Azərbaycan Ədəbiyyatı Muzeyində növbəti elmi seminar məşğələsi keçirilib
07.04.2014 00:00
  • A-
  • A
  • A+

AMEA Milli Azərbaycan Ədəbiyyatı Muzeyində növbəti elmi seminar məşğələsi keçirilib

Azərbaycan tarixinin şanlı səhifələri xalqının mərdlik, əyilməzlik, qürur salnaməsidir. Lakin milli mənliyin qan yaddaşı tarix boyu bir çox amansız müsibətlərə, kütləvi qırğınlara da şahid oldu ki, tariximizin 1918-ci il mart-aprel hadisələri belə qanlı səhifələrdəndir.

AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin növbəti elmi seminar məşğələsi bu tarixi mövzuya həsr olunmuşdur.

Muzeyin Qədim və Orta əsrlər Azərbaycan ədəbiyyatı şöbəsinin böyük elmi işçisi, professor Abbas Seyidov erməni daşnaklarının 1918-ci ildə Bakı, Şamaxı, Quba, Kürdəmir, Lənkəran və Zaqatalada törətdikləri kütləvi qırğınlardan bəhs edərək, bir çox dəyərli, eyni zamanda ağrılı faktlar haqqında məlumat verib.

Azərbaycan xalqına qarşı törədilən bu kütləvi qırğının tarixi köklərini izah edən məruzəçi, həmçinin, yerli əhalinin, Türk İslam ordusunun daşnak vəhşiliyinə qarşı müqaviməti, son damla qanına qədər rəşadətlə vuruşması haqqında maraqlı faktlar söyləyib.

Seminar məşğələsi muzey əməkdaşları – filologiya üzrə elmlər doktoru Xatirə Bəşirli, elmi işçilər Tomiris Babanlı, Tutu Məmmədova, Nəzmiyyə Yigitoğlu və başqalarının sualları ilə davam edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.
  • Paylaş: