Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Azərbaycan alimləri beynəlxalq layihə çərçivəsində Avstriya və Gürcüstanda elmi araşdırmalar aparıblar
02.01.2018 15:55
  • A-
  • A
  • A+

Azərbaycan alimləri beynəlxalq layihə çərçivəsində Avstriya və Gürcüstanda elmi araşdırmalar aparıblar

Dekabrın 29-da AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunda Avropa Komissiyasının “Horizon-2020” proqramı tərəfindən maliyyələşdirilən “Biliyin mübadiləsi və akademik mədəniyyətlər humanitar elmlərdə, Avropa və Qara dəniz bölgəsi” layihəsi ilə əlaqədar yığıncaq keçirilib.

Tədbirdə il ərzində layihə çərçivəsində görülən işlərin yekunları müzakirə olunub. Qeyd edilib ki, Azərbaycan alimləri layihə çərçivəsində Avstriyanın Karl və Frans adına Qrats Universitetinin və Gürcüstanın Şota Rustaveli adına Batumi Dövlət Universitetinin müasir təchizata və zəngin ədəbiyyata malik kitabxanalarında elmi araşdırmalar aparıb və materiallar toplayıblar. Eyni zamanda, onlar avstriyalı və gürcüstanlı həmkarları ilə elmi mübadilə xarakterli görüşlərdə iştirak edib, arxeoloji abidələrə baxış keçirib və Avropa alimlərinin iş metodikası ilə tanış olublar.

Yığıncaqda layihədə iştirak edən alimlərimizin tədqiq edəcəyi mövzulara və fəaliyyət planlarına dair fikir mübadiləsi aparılıb.

On iki ölkənin təmsil olunduğu layihədə AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutu və Tarix İnstitutunun əməkdaşları iştirak edirlər. Layihənin ümumi əlaqələndiricisi Avstriyanın Karl və Frans adına Qrats Universitetinin kafedra müdiri, professor Karl Kayzerdir. Bu ilin yanvarından başlayan layihə dörd il davam edəcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: