Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

Akademik Cəmil Quliyevin 90 illik yubileyi qeyd olunacaq
28.12.2017 11:02
  • A-
  • A
  • A+

Akademik Cəmil Quliyevin 90 illik yubileyi qeyd olunacaq

Dekabrın 29-da saat 10:00-da AMEA-nın Əsas binasında görkəmli tarixçi alim, Dövlət Mükafatı laureatı, “Şöhrət” və “İstiqlal” ordenli, akademik Cəmil Quliyevin 90 illiyinə həsr olunan tədbir keçiriləcək.

Yubiley yığıncağının təşkilatçıları AMEA Rəyasət Heyəti və A.A.Bakıxanov adına Tarix İnstitutudur.

Tədbirdə C.Quliyevin zəngin elmi yaradıcılığından söhbət açılacaq, onun ölkəmizdə tarix elminin inkişafına verdiyi töhfələrdən danışılacaq.

Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti 115.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: