Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Azərbaycanlı alimlər Çində ezamiyyətdə olublar
27.12.2017 17:19
  • A-
  • A
  • A+

Azərbaycanlı alimlər Çində ezamiyyətdə olublar

Riyaziyyat və Mexanika İnstitutunun Maye və qaz şöbəsinin müdiri, AMEA-nın müxbir üzvü Qeylani Pənahov və həmin şöbənin aparıcı elmi işçisi, texnika elmləri üzrə fəlsəfə doktoru, dos. Eldar Abbasov Çində ezamiyyətdə olublar.

Alimlər səfər zamanı Çinin dənizdə neft çıxaran ən böyük şirkəti “CNOOC”un baş ofisində olublar.

Görüşdə mürəkkəb dəniz neftçıxarma şəraitində çıxarılan neft ehtiyatlarındakı problemlər və həlli üsulları müzakirə edilib.

Azərbaycanlı alimlər tərəfindən ölkəmizdə, Rusiyada və ABŞ-da geniş tətbiq edilən laydaxili qaz yaratmaqla durğun zonalarındakı qalıq neftlərin sıxışdırılması üçün innovativ həllər və yeni effektiv texnologiya təklif olunub. Sözügedən texnologiya neftin artmasını, laya suvurma şəraitinin yaxşılaşmasını və çıxışda sulaşmanın azalmasını təmin edir.

Qeyd edək ki, bu texnologiya bir müddət öncə Çinin Bohay körfəzinin neftçıxarma platformasında həyata keçirilib. Bu məqsədlə xüsusi reagentlər seçilib, texnoloji sxem, iş planları təsdiq edilib və əməliyyatın təhlükəsiz aparılması üçün icra sxemi yaradılıb. Aparılan mədən əməliyyatından sonra texnoloji effektin gözləmə müddətinə uyğun olaraq Çin mütəxəssisləri tərəfindən ətraf istismar quyularının göstəricilərinin effektivliyinin qiymətləndirməsi aparılıb.

“CNOOC” neft şirkəti yeni texnologiyanın iqtisadi və texnoloji effektivliyə, neftçıxarmada artıma və işlənmənin yüksək rəqabətə malik olduğunu təsdiq edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: