www.science.az
27.12.2017 10:07

İmadəddin Nəsimi irsinin tədqiqi məsələlərinə həsr olunan monoqrafiya işıq üzü görüb

Bakı Dövət Universitetinin (BDU) Fəlsəfə tarixi və mədəniyyətşünasıq kafedrasının dosenti, fəlsəfə üzrə fəlsəfə doktoru Səbirə Nemətzadənin “Seyid İmadəddin Nəsimi irsinin tədqiqi məsələləri” adlı monoqrafiyası Azərbaycan və ingilis dillərində çapdan çıxıb.

Nəşrin elmi redaktoru BDU-nun Fəlsəfə tarixi və mədəniyyətşünasıq kafedrasının müdiri, professor Rəbiyyət Aslanova, rəyçiləri AMEA Fəlsəfə İnstitutunun direktoru, professor İlham Məmmədzadə və BDU-nun Tarix fakültəsinin dekanı Azad Rzayevdir.

Monoqrafiyada böyük şair və mütəfəkkir Seyid İmadəddin Nəsiminin həyatı və irsi ilə bağlı orta əsr mənbələri və müasir elmi tədqiqatlar sisteməşdirilərək nəzərdən keçirilib.  

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.