www.science.az
03.04.2014 00:00

Azərbaycan alimləri Avstriyaya səfər edəcək

AMEA Geologiya İnstitutunun alimləri Avstriyanın paytaxtı Vyanaya səfər edəcəklər. Avropa Geologiya İttifaqının dəvəti ilə AMEA-nın vitse-prezidenti, institutun direktor müavini, akademik İbrahim Quliyev, AMEA-nın müxbir üzvü, şöbə müdiri Hətəm Quliyev və AMEA Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru, geologiya-minerologiya elmləri doktoru Qurban Yetirmişli| 27 aprel - 2 may 2014-cü il tarixlərdə ittifaqın Baş Assambleyasının işində iştirak edəcəklər.

Tədbirdə Yer elmləri sahəsində, xüsusən də geologiya və geofizika istiqamətlərində əldə olunmuş yeni elmi nəticələr və birgə tədqiqat imkanları müzakirə ediləcək.

Baş Assambleyanın elmi proqramına alimlərimizin Yer planetinin təkamülünün fundamental və praktiki problemləri sahəsində əldə etdikləri ciddi elmi nailiyyətlərin nəticələrinin müzakirəsi də daxil edilmişdir.

Alimlər may ayının 2-də “Sıxlığın dəyişkənliyi - Yerin struktur və tektono-geodinamik təkamülünün fundamental əsası” adlı məruzə ilə çıxış edəcəklər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.