www.science.az
26.12.2017 09:36

Görkəmli etnoqraf alim Arif Abbasovun 80 illiyinə həsr olunan elmi sessiya keçiriləcək

27 dekabr 2017-ci il tarixində saat 11:00-da Arxeologiya və Etnoqrafiya İnstitutunun ilk direktoru olmuş görkəmli alim, AMEA-nın müxbir üzvü Arif Abbasovun anadan olmasının 80 illiyinə həsr olunan “Azərbaycanda 2017-ci ildə aparılmış arxeoloji və etnoqrafik tədqiqatların yekunları” mövzusunda elmi sessiya keçiriləcək.

AMEA-nın Əsas binasında baş tutacaq tədbirdə alimin mənalı ömür yolundan söhbət açılacaq, onun müasir Azərbaycan etnoqrafiyasının inkişafındakı xidmətlərindən bəhs olunacaq.

Ünvan: Bakı ş., H.Cavid pr., 115

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.