Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

Buta naxışının ən qədim nümunəsi Naxçıvanda tapılıb
25.12.2017 17:28
  • A-
  • A
  • A+

Buta naxışının ən qədim nümunəsi Naxçıvanda tapılıb

Naxçıvanda aparılan tədqiqatlar nəticəsində buta naxışının ən qədim nümunəsi tapılıb.

AMEA Naxçıvan Bölməsindən verilən məlumata görə, son illər muxtar respublikada aparılan arxeoloji tədqiqatlar zamanı əldə olunan gil qablar üzərindəki buta təsvirləri bu naxışın tarixini xeyli qədimləşdirib. Tədqiqatçılar tərəfindən tarixi Son Eneolit dövrü kimi dəyərləndirilən buta naxışlı gil qablardan bir neçəsinə Ovçular təpəsində, bir ədədinə isə Xalac yaşayış yerində rast gəlinib. Buta naxışı həmin qabların gövdə hissəsində, simmetriyaya uyğun üç ədəd olmaqla, boya ilə çəkilib.

Tədqiqatların nəticələrinə görə, bütün dünyada buta naxışının ən qədim nümunəsi Naxçıvan diyarındakı qeyd etdiyimiz gil qabların üzərindədir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: