www.science.az
25.12.2017 14:41

Folklor İnstitutu Dağıstan Dövlət Pedaqoji Universiteti ilə əməkdaşlıq edəcək

Dağıstan Dövlət Pedaqoji Universitetinin professoru, f.e.d. İmpiriat Xalipaeva və Dağıstan Dövlət Universitetinin professoru, f.e.d. Elmira Caxiyeva AMEA-nın Folklor İnstitutunun qonağı olublar. 

Görüşdə institutun direktoru, akademik Muxtar İmanov çıxış edərək dağıstanlı alimlərin türk xalqlarının folklorunun araşdırılmasındakı xidmətlərini yüksək qiymətləndirib.

Sonra İ.Xalipaeva çıxış edərək baş redaktoru olduğu “Türk dünyasının carçısı" ("Вестник тюркского мира") jurnalı haqqında tədbir iştirakçılarına məlumat verib.

Görüşdə, həmçinin jurnalın növbəti sayında Azərbaycan folkloru, mədəniyyəti və tarixi ilə bağlı araşdırmalardan ibarət materialların hazırlanması məsələləri müzakirə edilib.

Sonda AMEA Folklor İnstitutu ilə Dağıstan Dövlət Pedaqoji Universiteti arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.