www.science.az
25.12.2017 10:38

“Zəngəzur” sənədli filminin təqdimatı olacaq

Dekabrın 26-da saat 15:00-da “Holiday Inn Baku” otelində “Zəngəzur” sənədli filminin təqdimatı olacaq.

Azərbaycan, rus və ingilis dillərində olan film Gənclər və İdman Nazirliyinin dəstəyi ilə AMEA-nın Tarix İnstitutu və “Virtual Qarabağ” İKT Mərkəzinin birgə əməkdaşlığı çərçivəsində hazırlanıb.

Sənədli filmin baş məsləhətçisi Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov, ideya müəllifi və layihə rəhbəri Nurəddin Mehdiyev, ssenari müəllifi tarixçi alim Nazim Mustafa, quruluşçu rejissoru isə Teymur Nəcəfzadədir.

Tədbir çərçivəsində, həmçinin “Qubadlı – virtual səyahət” 3D qrafik təsvirli filmi də təqdim olunacaq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.