Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Elm” qəzetinin növbəti nömrəsi çapdan çıxıb
22.12.2017 09:54
  • A-
  • A
  • A+

“Elm” qəzetinin növbəti nömrəsi çapdan çıxıb

Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin mətbu orqanı olan "Elm" qəzetinin növbəti sayı 22 dekabr 2017-ci il tarixində işıq üzü görüb.

Qəzetdə AMEA Rəyasət Heyətinin növbəti iclası, “Görkəmli dövlət xadimi Heydər Əliyevin dövlətçilik idealları və müasir dövr” mövzusunda keçirilən elmi konfrans, NASA-nın qadın astronavtı, “Space Shuttle” ekipajının üzvü və donanma kapitanı Haydemari Marta Stefanişin-Payperlə görüş, “İnformasiya təhlükəsizliyinin aktual problemləri” respublika elmi-praktiki seminarı, “İslam həmrəyliyinin Azərbaycan modelinin elmi əsasları” konfransı, AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəylinin akademik Elizbar Cavelidzenin 80 illik yubileyində iştirakı və yeni nəşrlər haqqında materiallar işıqlandırılıb.

Bundan əlavə, yeni sayda “İkitərəfli inam və etimad əsasında”, “Nüfuzlu beynəlxalq mükafat”, “Qurultay nümayəndələrin gözü ilə”, “Sehrli dünya”, “Fəlsəfə sevgidən doğur”, “Hüseyn Cavid idealları və müasir dövr” adlı məqalələr və digər məlumatlarla tanış olmaq olar.

Qəzetdə, həmçinin «Расширяя горизонты», «Создатель отечественной школы кибернетики», «Сотрудничество расширяется», «Исчерпанные заблуждения», «Дорога, устланная шелком», «Наука года» və s. kimi məqalələr də yer alıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: