AMEA-nın Naxçıvan Bölməsinin Rəyasət Heyətinin növbəti iclası keçirilib.
Tədbirdə bölmənin sədri, akademik İsmayıl Hacıyev çıxış edərək iclasın bölmənin 2017-ci ildəki elmi-təşkilati fəaliyyətinin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunduğunu bildirib. Akademik 2018-ci ilin Naxçıvan Bölməsi üçün “İnkişaf ili” elan edildiyini vurğulayıb.
Sonra Bioresurslar İnstitutunun direktoru, akademik Tariyel Talıbovun, İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyevin və Əlyazmalar Fondunun direktoru, filologiya üzrə elmlər doktoru Fərman Xəlilovun çıxışları dinlənilib.
İclasda bölmənin elmi katibi, filologiya üzrə fəlsəfə doktoru Əkrəm Hüseynzadə 2018-ci ildə ümumiləşdirilmiş məsələlərin öz əksini tapdığı Tədbirlər Planı ilə Rəyasət Heyətinin üzvlərini tanış edib. 18 maddədən ibarət Tədbirlər Planı 2 maddədə dəyişiklik, 1 maddə isə əlavə olunduqdan sonra təsdiq edilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.