Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

AMEA-nın “Akademiya şəhərciyi”ndə iki yeni futbol meydançası istifadəyə veriləcək
03.04.2014 00:00
  • A-
  • A
  • A+

AMEA-nın “Akademiya şəhərciyi”ndə iki yeni futbol meydançası istifadəyə veriləcək

AMEA-nın “Akademiya şəhərciyi”ndə 2 yeni futbol meydançası yaxın günlərdə istifadəyə veriləcək.

Hər biri təxminən 1000 kvadratmetr sahəni əhatə edən meydançalar texniki göstəriciləri və müasir xarici görünüşləri ilə fərqlənirlər. Meydançaların üstünün örtülməsi üçün xüsusi metal konstruksiyadan istifadə olunmuş, üzərinə müxtəlif ölçüdə yanğına və digər təsirlərə davamlı örtük çəkiləcəkdir.

Stadionların ətrafında abadlıq işləri, o cümlədən dekorativ ağac və kol bitkilərinin əkilməsi tamamlanmaq üzrədir. Stadionlara aid ərazidə 40 nəfərlik kafedən ibarət xidməti bina da fəaliyyət göstərəcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.
  • Paylaş: