Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunan müsabiqə keçiriləcək
20.12.2017 15:17
  • A-
  • A
  • A+

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunan müsabiqə keçiriləcək

AMEA Rəyasət Heyətinin 20 dekabr tarixli iclasında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş "Azərbaycan Cümhuriyyəti – 100" adlı elmi əsərlər müsabiqəsinin keçirilməsi barədə qərar qəbul olunub.

Tədbirdə AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli müsabiqənin "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və AMEA tərəfindən təşkil ediləcəyini bildirib. Qeyd olunub ki, məqsəd ölkə Prezidenti İlham Əliyevin "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında" 16 may 2017-ci il tarixli Sərəncamından irəli gələn layihələrin icrasını təmin etmək və gəncləri yeni elmi araşdırmalara cəlb etməkdir.

Müsabiqənin 35 yaşa qədər gənc tədqiqatçılar arasında keçirilməsi nəzərdə tutulur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: