www.science.az
20.12.2017 10:33

Memarlıq və İncəsənət İnstitutunun şöbə müdiri “Tərəqqi” medalı ilə təltif olunub

Prezident İlham Əliyev Azərbaycanda memarlığın inkişafındakı xidmətlərinə görə bir sıra şəxslərin təltif olunması haqqında 19 dekabr 2017-ci il tarixində Sərəncam imzalayıb.

Sərəncama əsasən, AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun Memarlıq, şəhərsalma tarixi və nəzəriyyəsi şöbəsinin müdiri, memarlıq üzrə elmlər doktoru Raihə Amənzadə “Tərəqqi” medalı ilə təltif olunub.

“Tərəqqi” medalı dekabrın 20-də Azərbaycan Memarlar İttifaqının XIX qurultayında alimə təqdim olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.