Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun “Elmi Əsərləri” jurnalının I cildi ingilis dilində işıq üzü görüb
20.12.2017 09:50
  • A-
  • A
  • A+

Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun “Elmi Əsərləri” jurnalının I cildi ingilis dilində işıq üzü görüb

AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun “Elmi Əsərləri” jurnalının I cildi ingilis dilində (Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Tədqiqatları) nəşr edilib.

Jurnalda institutun yaranma tarixi və əməkdaşlarının elmi nəticələri öz əksini tapıb.

Bundan əlavə, institutun direktoru, akademik İradə Hüseynova, b.e.d. Süleyman Allahverdiyev və fotosintez sahəsində dünya şöhrətli alim, prof. Govindjee tərəfindən mərhum akademik Cəlal Əliyevin xatirəsinə həsr edilən "Böyük alim, böyük müəllim və böyük insan" məqaləsi də oxuculara təqdim olunur. Jurnalda, həmçinin C.Əliyevin sağlığında çap olunmayan “Məhsuldarlığı yüksək olan buğda növlərinin yetişdirilməsi üçün fotosintez əlamətlərinin əhəmiyyəti” adlı məqaləsi də yer alıb.

Nəşrdə eyni zamanda institutun müxtəlif laboratoriyalarında çalışan, həmçinin AMEA-nın BotanikaGenetik Ehtiyatlar institutlarının, Əkinçilik ET İnstitutunun əməkdaşları tərəfindən yerinə yetirilən tədqiqatların nəticələrini özündə əks etdirən 30-a yaxın məqalə dərc edilib. Bunlarla yanaşı, jurnala fərdi və müştərək qrant layihələri üzrə yerinə yetirilən, Rusiya, Cənubi Koreya və Böyük Britaniyanın nüfuzlu institut və universitetləri ilə beynəlxalq əməkdaşlıq çərçivəsində həyata keçirilən tədqiqatların nəticələrini əks etdirən məqalələr də daxildir. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: