www.science.az
19.12.2017 14:55

“AMEA-nın Xəbərləri (biologiya və tibb elmləri seriyası)” jurnalının yeni sayı işıq üzü görüb

“AMEA-nın Xəbərləri (biologiya və tibb elmləri seriyası)” jurnalının 72-ci cildinin 2-ci sayı çapdan çıxıb.

Jurnalın bu nömrəsində AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin institutlarında, həmçinin respublikanın müxtəlif ali təhsil və elmi-tədqiqat müəssisələrində biologiya və tibb elmləri sahəsində aparılan tədqiqatların nəticələrini özündə əks etdirən məqalələr çap olunub. 

Məcmuənin ilk məqaləsi yeni tədqiqat istiqamətinə - Azərbaycan əhalisinin autosom STR markerlər üzrə allel strukturu əsasında müqayisəli interpopulyasion tədqiqinə həsr edilib. Jurnalda, həmçinin akademik Qərib Məmmədovun və AMEA-nın müxbir üzvü İbrahim Əzizovun 70 illik, AMEA-nın müxbir üzvü Xəlil Qasımovun və biologiya üzrə elmlər doktoru Eldar Novruzovun 75 illik, biologiya üzrə elmlər doktoru, professor Zəkəriyyə Məmmədovun isə 80 illik yubileylərinə həsr olunan məqalələr yer alıb.

Jurnalın bu nömrəsi bitki mühafizəsi sahəsində böyük alim və pedaqoq, akademik Siddiqə Məmmədovanın xatirəsinə həsr olunan məqalə ilə tamamlanır. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.