www.science.az
19.12.2017 08:10

"Akademik Murtuza Nağıyev" mükafatı gənc kimyaçı alimə təqdim olunub

AMEA-nın Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda "Akademik Murtuza Nağıyev" mükafatının qalibinin təltif olunma mərasimi keçirilib.

Tədbirdə AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik Dilqəm Tağıyev çıxış edərək dövlətimizin gənclər siyasətindən və onun tərkib hissəsi kimi akademiyada gənc alimlərə göstərilən diqqət və qayğıdan danışıb.

Akademik görkəmli alim, resirkulyasiya nəzəriyyəsinin banisi Murtuza Nağıyevin adına mükafatın 2013-cü ildən etibarən elmdə nailiyyəti olan gənclərə verildiyini və bu il sözügedən mükafata institut gənclərindən 3 nəfərin namizədliyinin irəli sürüldüyünü qeyd edib.

Sonra mükafata layiq görülən gənc mütəxəssisin adı açıqlanıb.

İnstitutun elmi işçisi Fidan İbrahimova elmi fəaliyyətində fərqləndiyinə görə “Akademik Murtuza Nağıyev” mükafatına layiq görülüb. Qalibə diplom, digər namizədlərə isə həvəsləndirici mükafatlar verilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.