www.science.az
18.12.2017 14:50

AMEA-da Xalq rəssamı Ömər Eldarovun 90 illik yubileyinə həsr olunan ədəbi-musiqili tədbir keçiriləcək

Dekabrın 22-si saat 10:30-da AMEA “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzində görkəmli heykəltəraş, Xalq rəssamı, “Şərəf” və “İstiqlal” ordenli, Azərbaycan Rəssamlıq Akademiyasının rektoru, akademik Ömər Eldarovun 90 illik yubileyinə həsr olunan tədbir keçiriləcək.

AMEA-nın Alimler Evinin təşkilatçılığı ilə baş tutacaq yubiley tədbirində milli mədəniyyətimizin inkişafında müstəsna xidmətləri olan ustad sənətkarın zəngin yaradıcılıq yoluna nəzər salınacaq, onun Azərbaycan incəsənətinə verdiyi töhfələrindən söhbət açılacaq.

Ünvan: Bakı şəh., Yasamal rayonu, H.Cavid pr. 111

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.