www.science.az
18.12.2017 15:30

“Ədəbi əlaqələr” toplusunun növbəti sayı çapdan çıxıb

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun “Ədəbi əlaqələr” toplusunun növbəti sayı çapdan çıxıb.

Dərgi AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəylinin “Azərbaycan ədəbiyyatşünaslığının Məhtimqulu Fəraqi çalışmaları” adlı geniş  məqaləsi ilə başlayır. Məqalədə türkmən şairi M.Fəraqinin Azərbaycan ədəbiyyatşünaslığı və türkologiya elmindəki tədqiqi məsələlərindən bəhs olunur. Topluda ədəbi əlaqələrin nəzəri məsələləri, Azərbaycanın Avropa, Türk dünyası ölkələri, Slavyan, Asiya və Şərq xalqları ilə ədəbi əlaqələri ayrı-ayrı bölmələrdə əhatə olunub.

Ədəbi əlaqələrin nəzəri məsələlərinə 9 məqalə həsr edilib. Nəşrdə “Polyak mühacir ədəbiyyatı”, “Henrik Senkevisin həyat və yaradıcılığı”, “Henrix Heyne poeziyasının tərcümə problemləri” məqalələri də yer alıb.

Dərgidə Azərbaycanın türk dünyası ilə ədəbi əlaqələrinə aid 8, slavyan xalqları ilə ədəbi əlaqələrinə dair 9, Asiya xalqları ilə ədəbi əlaqələri üzrə 1, Şərq xalqları ilə ədəbi əlaqələrdən bəhs edən 4 məqalə verilib. 

Toplunun XI sayındakı məqalələr ədəbi əlaqələrin tarixi və müasir vəziyyətinin öyrənilməsi baxımından əhəmiyyətlidir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.